18 C
Baku
Friday, November 22, 2024

Banker.az tərəfindən hazırlanan “Məhsul kataloqu” nədir?

Hər birimiz gündəlik tələbat məhsullarını , həmçinin ehtiyac duyduğumuz digər məhsulları istehlak edən zaman müəyyən seçimlər qarşısında qalırıq. Bizləri düşündürən bir sıra suallar var: “Görəsən hansını seçim?” , “Hansı məhsul mənim tələblərimə daha uyğundur?”

Bizlər bu sualı bir çox hallarda həmin məhsulu almaq üçün müraciət etdiyiniz mağazanın nümayəndəsindən soruşuruq. Lakin həmin şəxs satışda maraqlı olduğu üçün bir çox hallarda Sizə düzgün məsləhət verməyə bilər və ya məsləhət verən zaman öz maraqlarını Sizin maraqlarınızdan üstün tuta bilər.

Yuxarıda qeyd etdiyimiz problemlərlə Bank məhsullarının seçimi zamanı da qarşılaşırıq. Banker.az bu məsələlərə daima obyektiv  baxımdan yanaşaraq oxucuları üçün faydalı ola biləcək bazar araşdırmalarını, onlar üçün daha sərfəli təklifləri araşdırıb seçərək oxuculara təqdim etmişdir. Xatırlayırsınızsa son 1-2 ay istisna olmaqla uzun müddətdir ki, Bankların fərqli kredit və qeyri-kredit məhsulları haqqında məqalələri Sizlərlə bölüşürdük.

Düşündük və belə qərar gəldik ki, Siz oxucularımız üçün daha faydalı və istifadəsi daha rahat olan yenilik hazırlayaq. Bir neçə müddətdir ki, Bankımızın monitoriq qrupu bu layihə üzərində çalışmaqdadır və Sizlər üçün faydalı olan Məhsul kataloqu”nun hazırlıq işləri artıq tamamlanmışdır.

[yg-main-block]

Bəs bizim  Məhsul kataloqu” dediyimiz yenilik nədən ibarətdir?

Bu –  bankın rəsmi saytında olan xüsusi bir bölmədir. Kataloqda Azərbaycanda fəaliyyyət göstərən Bankların təqdim etdiyi aşağıdakı fərqli çeşiddə məhsulların şərtləri detallı şəkildə qeyd edilmişdir.

  • Istehlak kreditləri;
  • Mikro və biznes kreditləri;
  • Depozitlər;
  • Kredit kartları;
  • Taksit kartları;
  • Debet kartlar və s.

 

Məhsul kataloqu”nun üstünlüklərindən biri də məhsulun seçimi prosesinin sadələşdirilməsi üçün əlavə etdiyimiz filterlərdir. Yəni, Siz özünüzə lazım olan ən faydalı məhsulu tapmaqda çətinlik çəkməyəcəksiniz. Filterdən istifadə qaydası çox sadədir. Sizin üçün önəmli bir və yə bir beçə parametri qeyd edirsiniz və kataloq sizin tələbinizə ən uyğun gələn məhsul və ya məhsulları Sizin üçün axtarıb tapır.

Əlavə olaraq qeyd etmək istərdik ki, kataloqda olan məlumatlar monitorinq qrupumuz tərəfindən daima yenilənəcək. Bankların məhsul şərtlərində etdiyi dəyişikliklər, bu dəyişiklik baş verdikdən sonra ən qısa zamanda bizim kataloqmuzda da öz əksini tapacaqdır.

 

 

 

Son xəbərlər
Digər xəbərlər