Rabitəbankın rəsmi səhifəsində dərc olunan məlumata əsasən ,2014-cü ilin sonu bankın vaxtı keçmiş kreditləri 10 073 min manat təşkil edib.
Banker.az xəbər verir ki, son bir il ərzində isə bankın vaxtı keçmiş kreditlərində 2 989 min manat, yəni 42% artım müşahidə olunub.
Həmçinin bankın kredit portfeli ilin sonu 229 071 min manat təşkil edib. 2013-cü il ilə müqayisədə isə bankın kredit portfeli 62 586 min manat və ya 37% artıb.