10 C
Baku
Friday, December 13, 2024

Bankın aktivləri azaldı

2014-cü ilin dekabr ayında Xalq Bankın cəmi aktivləri 1 268 027 280 manat təşkil edib. 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə isə bankın aktivlərində azalma müşahidə olunub. 2013-cü ilin dekabr ayında bankın aktivləri 1 282 021 003 manat təşkil edirdi. Belə ki, bankın aktivləri 1 il ərzində 13 933 723 manat azalıb. Bu haqda məlumat bankın rəsmi səhifəsində dərc olunan hesabatda yer alıb.

2014-cü ildə bankın xalis mənfəəti isə 15 490 061 manat təşkil edib. Bankın xalis mənfəətində bir il ərzində 1 447 630 manat və yaxud 10% artım müşahidə olunub.

Son xəbərlər
Digər xəbərlər