6 C
Baku
Monday, December 16, 2024

Bankın Azərbaycandakı filialı zərər edib, kapitalı “əriyib” – Hesabat

“Bank Melli İran” Bakı filialı 2019-cu ilin yanvar-sentyabr aylarını 19 mln 315 min manat zərər ilə başa vurub. Ötən ilin müvafiq dövründə isə bank 1mln 800 min manat xalis mənfəət ilə başa vurub.

Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir. 

“Bank Melli İran” Bakı filialının zərər etməsinin səbəbi aktivlər üzrə ehtiyatların yaradılmasına  21 milyon 5 min manat ayrılmasıdır.

Cari ilin ilk 9 ayında bankın cəmi aktivləri 89 milyon 589 min manat təşkil edib ki, bu da 2018-ci ilin analoji dövrüylə müqayisədə 19% azalma deməkdir. Bankın müştərilərə verdiyi kreditlər 4,247 min manat olub. Belə ki, kredit portfeli ötən ilin eyni dövrülə müqayisədə 19% artıb.

2019-cu ilin yanvar-sentyabr aylarında “Bank Melli İran” Bakı filialının cəmi öhdəlikləri 55,754  min manat olub. 2018-ci illə müqayisədə bankın öhdəlikləri 3% azalıb. Müştəri hesabları isə 5,236 min manat təşkil edib ki, bu da depozit portfelinin 38% azalması deməkdir.

Bankın cəmi kapitalı ötən ilin analoji dövrüylə müqayisədə 36% azalaraq 33 milyon 835 manat təşkil edib.

 

 

Son xəbərlər
Digər xəbərlər