23 C
Baku
Friday, April 19, 2024

Bankın departament direktoru BOKT-a rəhbər təyin edildi

Əlyar Əsgərov adlı şəxsə məxsus olan bank olmayan kredit təşkilatı “İDK”nin təkbaşına rəhbəri dəyişib.

Banker.az xəbər verir ki, 1982-ci il təvəllüdlü Nicat Abasov Səməndər oğlu “Bank Olmayan Kredit Təşkilatı İDK” MMC-nin direktoru təyin edilib. O, bu vəzifəsinin icrasına 2021-ci ilin oktyabrından başlayıb.

“İDK”nin rəhbərliyi cari ilin əvvəlində dəyişmiş, cari ilin sentyabrında Cavid Vəlili Rasim oğlu bu posta gətirilmişdir. Belə ki, BOKT-un sahibi Əlyar Əsgərov həmin vaxta qədər özüm rəhbərlik edirdi.

Nicat Abasov uzun müddət idi “Rabitəbank” ASC-də Maliyyə departamentinə rəhbərlik edirdi və 2021-ci ilin aprelində bu vəzifədən ayrılmışdı.

Xatırladaq ki, “BOKT İDK”nin 722 000 manat nizamnamə kapitalı var, bunun da 100%– Əliyar Əsgərova məxsusdur. 1 yanvar 2021-ci ilin maliynəticələrinə görə, 1.67 milyon manata qədər aktivə malikdir. BOKT ötən ili 164 min manatdan çox zərər edib.

Son xəbərlər
Digər xəbərlər