Kapitalın idarə edilməsi üçün provayder seçiminin mühüm meyarları menecerə etibar, təşkilata etibar və qarşılıqlı hərəkətlərin şəffaflığıdır.
İnvestisiyaların gəlirliliyi isə 7 və 8-ci yerlərdədir. Etibar etmək imkanı subyektiv qiymərləndirilir – kapitalın idarə edilməsi üzrə xidmət provayderləri müştərilərin şüurunda əfsanələr yaradaraq etibar uğrunda mübarizə aparır.
“Etibar haqda əfsanələri”i üç qrupa bölmək olar: vəsaitlərin dələduzluqdan müdafiə haqqında, kapitalın qaytarılmasının təminatı və informasiyanın qorunması.
Müdafiə haqqında əfsanədə deyilir: “İri (xüsusilə də İsveçrənin) bankda mənim vəsaitim etibarlı qorunur, onları oğurlamaq mümkün deyil”. Müştəri hesablarının iri İsveçrə banklarından oğurlanması halları həqiqətən, nadir hadisədir. Lakin çox böyük olmayan idarəedicilərdə də belə hallar nadirdir – sonuncuların iş sistemi brokerlərin və bankın müştərilər qarşısında müstəqil hesabatlılığını, tranzaksiyaların kollektiv təsdiqini və s. nəzərdə tutur. Həmçinin, böyük olmayan biznesdə nəzarət aşağı əmək haqqı alan əməkdaşla deyil, tərəfdaş və ya sahibçkar və onun etibarlı adamları tərəfindən həyata keçirilir. Təəccüblü deyil ki, biz dələduzluq barədə eşidəndə, – bu bir qayda olaraq, iri təşkilatlara aid olur.
Kapitalın qaytarılması haqda əfsanədə deyilir: “Bank depozitində mənim vəsaitlərim itkilərdən qorunur. Investisiya portfelində itkilər riski vardır”. Təcrübədə bankın zəmanəti bu cür kredit reytinqi olan istiqraz üzrə emitentin “zəmanətindən” hüç də üstün deyil. Banklar tarixən defoltdan sonra korporasiyalara nisbətən daha nadir hallarda bərpa olmuşlar. Bank defoltları zamanı müştərilərə vəsaiti iki dəfə az xilas etmək olur. Bununla yanaşı, bank depoziti adətən həmin reytinqdən olan istiqrazdan az gəlir gətirir. Nəhayət, bank depozitləri likvid deyil, onları diversifikasiya etmək, problem yarandıqda bağlamaq daha çətindir.
İnformasiyanın qorunması haqda əfsanədə deyilir: “İsveçrədə bank sirri mövcuddur. Provayderin mənim evimdən uzaq olduqca, mənim pullarımın kənar şəxslər tərəfindən hesablanması ehtimalı azalır”. İsveçrə banklarının məlumat bazalarının tez-tez satılması o deməkdir ki, – qıfılın keyfiyyətindənsə, açarların sayı daha önəmlidir. İri bankların çoxlaylı iyerarxiyalarında zəif yeri tapmaq çətin deyil: aşağı əmək haqqına işləyən personalın bu bazaya çıxışı varsa – problem də olacaq. Məlumat bazasını almaq lazım deyil – bank əməkdaşları bankım müştərilərinə xidmət provayderləri təqdim edərək qazanc əldə etməkdən çəkinməyəcəklər.
Daşınmaz əmlak agentləri, hüquqşünaslar, fond menecerləri “gəliri bölmək” vədi ilə bankın müştəriləri haqqında informasiyaları əldə etmiş olacaqlar. Isveçrə bankına aparan yol da qısa deyil – şirkətin inzibatçısı, poçt, əməkdaşlar, bankın sizin ofisə gələn seylzi… Beləliklə, burada məxfilik xülya kimi bir şeydir; böyük olmayan şirkətlə işləyərkən, müştəri özünün “inkoqnito”sunu qoruyub saxlamağa daha çox şanslıdır.
Insan şüurunda etibarlılıq patternləri vardır: “ölçü”, “məşhurluq”, “tarix”, “şəxsi tanışlıq”. Onlar heç də həmişə işləmir: Lehman Brothers də iri bank olmuş, 2005-ci ildə müflisləşmiş Refco da məşhur idi. Bernard Medoff öz qurbanlarının çoxu ilə yaxından tanış idi. Əsl etibar yalnız yoxlama prosedurlarının qərəzsizliyinə, işçi heyətinə, etibar etdiklərinizin motivasiyasına əsaslanmalıdır. Bütün dünyada son zamanların tendensiyası – “etibar mərkəzi”nin multifamily offices-ə keçməsidir. Görünür, müştərilər daha ağıllı olmağa başlayır.