Bankın iflas proseduru çərçivəsində aktivlərinin təqdim edilməsinin 2017-ci il yanvarın 1-dən 3 il müddətinə ƏDV-dən azad edilməsi nəzərdə tutulur.
Banker.az xəbər verir ki, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik olunur.
Məcəllənin 164-cü maddəsinə (Vergi ödəməkdən azad edilmə) təklif edilən 164.1.36 bəndinə əsasən ödəmə qabiliyyətini itirmiş bankların rezolyusiyası və sağlamlaşdırma tədbirləri çərçivəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qeyri-işlək (toksik) aktivlərinin təqdim edilməsi, habelə bankın iflas proseduru çərçivəsində aktivlərinin təqdim edilməsinin 2017-ci il yanvarın 1-dən 3 il müddətinə ƏDV-dən azad edilməsi nəzərdə tutulur.
Layihə yaxın günlərdə Milli Məclisdə müzakirəyə çıxarılacaq.
©Report