“Raitəbank” ASC-nin törəmə təşkilatı “Capital Partners İnvestisiya Şirkəti” QSC 2025-ci ili 53 min manat xalis mənfəətlə başa vurub. Bu, 2024-cü illə müqayisədə 15% çoxdur.
Banker.az xəbər verir ki, bu xalis mənfəətdən sonra şirkətin bölüşdürülməmiş mənfəəti ilin sonuna 171.24 min manata çatıb ki, bu da əvvəlki illə müqayisədə 45.2% çoxdur.
“Capital Partners İnvestisiya Şirkəti” 2025-ci ili gəlir artımı ilə başa vurub. Şirkətin cəmi gəlirləri illik müqayisədə 77.9% artaraq 710.25 min manata yüksəlib. Gəlirlərin əsas hissəsini təşkil edən investisiya fəaliyyətindən əldə olunan gəlirlər 82.5% artaraq 684.1 min manat olub.
Bununla yanaşı, şirkətin cəmi inzibati və digər xərcləri 88.3% artaraq 636.54 min manata çatıb. İşçi heyəti üzrə xərclər 33% artaraq 350.03 min manat, köhnəlmə xərcləri isə 2.7 dəfə artaraq 39.67 min manat təşkil edib.
2025-ci ilin sonuna şirkətin cəmi aktivləri 26% artaraq 998.49 min manata, cəmi kapitalı 8.1% artaraq 715.24 min manata yüksəlib. Eyni zamanda, öhdəliklər 116.8% artımla 283.25 min manata çatıb. Aktivlərin əsas hissəsini 294 min manat investisiya aktivləri, 213.87 min manat qeyri-maddi aktivlər və 154.44 min manat pul vəsaitləri təşkil edib.
Xatırladaq ki, “Capital Partners” 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 400 min manatdır. İnvestisiya şirkətinin səhmdarı 100 % “Rabitəbank” ASC-dir.








