12 C
Baku
Wednesday, December 11, 2024

Bankir həddindən artıq çox işləməkdən öldü

Aprel ayının 22-sində Goldman Sachs Group-un investisiya-bank departamentinin analitiki Sarvshreshth Gupta  ölü halda tapılmışdır. Bankirin atası oğlunun həddindən artıq çox işləməsi səbəbindən dünyasını dəyişdiyini iddia edir.

Gupta ölümündən 1 ay qabaq Goldman Sachs Group-un ən prestijli bölmələrindən birində tutduğu bu vəzifəni tərk etmək istədiyini bildirmişdi. Gənc analitik bankda həftədə 100 saatdan çox işləyirdi. O işi tərk etdikdən 1 həftə sonra ona geri qayıtmağı təklif edirlər.

Gənc isə atasının təzyiqləri altında işə geri dönmüşdü. Gənc gecə saat 2 radələrində  son olaraq atasına işinin həddindən artıq çox olduğunu, 2 gündür ki, yatmadığını, üstəlikdə səhər müştəri ilə görüşməli olduğunu yazmışdı. Gupta həmin gecə San-Fransiskodakı evinin yaxınlığındakı dayanacaqda ölü halda tapılır. Həkimlərin versiyasına görə o pəncərədən özünü atmışdır. Lakin rəsmi araşdırma hələ bitməyib.

Son xəbərlər
Digər xəbərlər