16 C
Baku
Monday, April 29, 2024

Bankir xəstəliyi: əsəb sisteminizi necə qorumalısınız?

Sözsüz ki, heç bir peşə və ixtisas gündəlik stress və əsəbdən sığortalanmayıb. Gördüyümüz işin növ və vaciblik dərəcəsindən asılı olaraq keçirdiyimiz əsəb və stressin əhəmiyyəti də artıb, azala bilər. Hər kəsə aydındır ki, bankir vəzifəsi də stressdən yan keçmir və bu peşə nümayəndələri kifayət qədər stressli iş şəraitinə və mühitinə sahib ola bilərlər.

İş mühitində hər şeyə əsəbləşmək və qıcıqlanmaq nəinki ətrafdakı insanların gözündə mənfi təəssürat yaradır, üstəlik bu əsəbi keçirən şəxsin özünə çox mənfi təsir edir. Bəs işdə bu mənfi hislərin öhdəsindən necə gəlmək olar?

Səbəb:

Gərgin əsəb sisteminə sahib olan şəxs belə iddia edir ki, ətrafdakı hər şey onu qıcıqlandırır. Lakin bu belə deyil. Adətən mənfi emosiyaların yaranmasına yalnız bir amil səbəb olur və insanın özünü rahat hiss etməsinə mane olur. Bu narahat ayaqqabı, ofisdə ardı-arası kəsilməyən səs-küy və yaxud pis hava şəraiti ola bilər. Sizi qıcıqlandıran obyekti təyin etdikdən sonra onun aradan qaldırılması ilə məşğul olmaq lazımdır.

Narahat ayaqqabını daha rahat ayaqqabı, ofisdəki səs-küyü qulaqlıq, pis havanı isə isti geyim, sevimli musiqi və dadlı hər hansı bir şeylə dəf etmək mümkündür. Əgər sizin əsəbləşməyinizə səbəb digər bir insandırsa, mümkün qədər onunla ünsiyyəti azaltmaq lazımdır.

Əminsizlik:

Əgər insan qəlbinin dərinliklərində özü ilə bağlı hər hansı şübhələrə və əminsizliyə sahibdirsə o hər bir şeyə əsəbləşəcək. Məsələn, özünə əmin olmayan insanlar kiminsə hər hansı bir şeydə onları qabaqlaması zamanı böyük həyəcan keçirir.

Hətta adi oyun zamanı rəqibin belə insanları qabaqlaması böyük əsəb burulğanına səbəb ola bilər. Qəbul etmək lazımdır ki, həyatda kimsə sizdən daha yaraşıqlı, maliyyə cəhətdən daha yaxşı vəziyyətdə, fiziki cəhətdən güclü və ağıllı ola bilər. Həyatda hər şeyin əksi mövcuddur. Daim özünüzü digərləri ilə müqayisə etməməyiniz məsləhətdir. Belə ki, bu müqayisədən yalnızca mənfi hislər qazanacaqsınız.

Özünə yazığı gəlmək:

Gərgin insana mənəvi istilik və pozitiv emosiyalar lazımdır. Növbəti əsəb partlayışı zamanı öz halınıza acıyın! Bu zaman sevdiyiniz və yaxud sizə qəlbən yaxın olan bir şəxsin mehriban sözlərini xatırlaya bilərsini. Adətən bu üsuldan sonra mənfi emosiyalar çəkilib gedir.

Sakitlik və tənhalıq:

Enerjinin həddindən artıq bol olması tez-tez aqressiyaya səbəb olur. Bu vəziyyətdən ən çox əziyyət çəkənlər isə çox yeyən və az hərəkət edən insanlar olur. Yox əgər gündəlik məşğuliyyət siyahınıza idmanı və təmiz havada gəzintinu əlavə etsəniz enerji özünə yol tapacaq və insan bununla sakitlik tapacaq.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər