21 C
Baku
Thursday, May 9, 2024

Bankirlər arasında ölüm halları artıb

Bu həftə sonu maliyyə dünyası ABN Amro-nun keçmiş CEO-su və ailə üzvlərinin sirli şəkildə qətlə yetirilməsi hadisəsi ilə sarsıldı. İndi isə Lixtenşteyndə Bank Frick & Co. rəhbəri Yurgen Frikin ölüm xəbəri yayıldı. Hadisədə əsas şübhəli olaraq fond rəhbəri hesab edilir.

Artıq bankirlər özlərinə qəsd etməklə böyük təəccübə səbəb olmurlar. Daimi stress və biznesin idarə edilməsindəki çətinliklər faciəvi sonlara səbəb olur. Bu da öz növbəsində bu peşənin təhlükələrindən xəbər verir. Belə ki, son aylarda dünyasını dəyişmiş bank işçilərinin sayı insanı dəhşətə gətirir.

№1. Uilyam Broksmit

Deutsche Bank-ın 58 yaşlı keçmiş top-meneceri 26 yanvarda Londonda öz evində ölü tapılmışdı. Polis hadisəni özünə qəsd kimi qiymətləndirmişdi.

№2. Karl Slim

Tata Motors-un 51 yaşlı idarə edici direktoru 27 yanvarda Banqkokda Shangri-La otelinin dördüncü mərtəbəsində ölü tapılmışdı.

№3. Gabriel Magi

JP Morgan-ın 39 yaşlı əməkdaşı 27 yanvarda JP Morgan-ın Londondakı baş-qərargahının damından yıxılaraq dünyasını dəyişmişdi.

№4. Mayk Dyuker

ABŞ-ın investisiya bankının 50 yaşlı baş iqtisadçısı Vaşinqtonda körpünün yaxınlığında ölü tapılmışdı.

№5. Riçard Telli

Title Services-in 57 yaşlı yaradıcısı bu ayın əvvəlində ölü tapıldı. Verilən məlumatlara görə, o silahdan atəş açaraq özünə qəsd etmişdi.

№6. Tim Dikinson

Britaniyanın Swiss Re AG şirkətinin kommunikasiya üzrə direktoru da keçən ay dünyasını dəyişib. Lakin onun ölüm səbəbi də hələ də müəyyən edilməyib.

№7. Rayan Henri Kreyn

JP Morgan-ın 37 yaşlı top-meneceri bir neçə həftə əvvəl vəfat edib. Onun ölüm faktı dəqiqləşdirilməsə də, ölüm səbəbi kimi özünə qəsd göstərilir.

№8. Li Cunci

Honq Konqdan olan 33 yaşlı bankir bu həftə JP Morgan-ın Honq Konqda yerləşən baş-qərargahının ən yüksək hissəsindən özünü ataraq intihar etdi.

№9. Ceyms Stüart

National Bank of Commerce-in keçmiş CEO-su 19 fevralda Arizona ştatı, Skottdeyl-də ölü tapılmışdır. Ailə üzvləri ölüm səbəbini bildirməkdən imtina etmişdilər.

№10. Edmund Reyli

Midtown’s Vertical Group-un 47 yaşlı treyderi özünü qatarın altına ataraq intihar etmişdir.

№11. Kennet Bellando

Əvvəllər JPMorgan-da investisiya-bank analitiki vəzifəsində işləyən Levy Capital-ın 28 yaşlı treyderi öz evinin pəncərəsindən özünü ataraq intihar edib.

 №12. Yan Peter Şmitmann

ABN Amro Group bankın 57 yaşlı keçmiş CEO-su Amstredamda öz evindən bir qədər aralıda həyat yoldaşı və qızı ilə birgə ölü tapılmışdı.

№13. Yurgen Frik

Bank Frick & Co.-nun 48 yaşlı keçmiş icraçı direktoru Lixtenşteyndə maliyyə şirkətlərinin birinin yeraltı qarajında güllələnib.

Bank işçiləri arasında ölüm halları artıb

Son xəbərlər
 ⁠
Digər xəbərlər