27 C
Baku
Saturday, April 27, 2024

Bankirlər üçün gözlənilməz müsahibə sualı

Müasir işəgötürənləri artıq yalnızca mühasibin nə qədər yaxşı pul saya bildiyi, hüquqşünasın isə qanundan nə qədər çox maddəni əzbər bildiyi maraqlandırmır. Hazırda şirkət rəhbərlikləri kəskin və qeyri-standart düşüncəyə malik əməkdaşlar axtarışındadırlar və bunun üçün bildikləri hər bir üsuldan istifadə etməyə çalışırlar. Müasir dünya təcrübəsində mühasibə zamanı potensial namizəddən məntiqi məsələ həll etməyi, öz musiqi bacarıqlarını nümayiş etdirməyi və hətta döşəməni yumağı tələb edə bilərlər.

Müsahibə zamanı bankirlərə verilmiş suallardan biri:

Test: Avropanın nəhəng banklarından birində analitik vəzifəsinə keçirilən müsahibə zamanı potensial namizəddən heç də asan olmayan tapşırığı həll etməsi tələb olunur. Tapşırıq isə bundan ibarət idi: “Bir şəxs 13-cü mərtəbədə yaşayır. Lakin o hər dəfə 12-ci mərtəbədə liftdən çıxır və növbəti mərtəbəni piyada qalxır. O aşağı düşmək istədikdə isə liftə 13-cü mərtəbədən minir. Bunun səbəbi nədir?”

Məqsəd: Bu zaman potensial namizədin etməli olduğu şey yalnızca doğru cavabı tapmaqdan ibarət deyil. Belə ki, doğru cavab ilə birgə təhlil qabiliyyətini də nümayiş etdirməli, səsli düşünməkdən çəkinmədiyini sübuta yetirməlidir.

Düzgün cavab: Tapşırığın düzgün cavabı belədir: “Bu insan — uşaqdır! Onun boyu 13-cü düyməni basmağa çatmadığından o daim 12-ci mərtəbəyə qədər liftlə qalxa bilir”.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər