Azərbaycan Banklar Assosiasiyası İctimai Birliyinin təşkilatçılığı ilə (ABA) üzv təşkilatların əməkdaşlarının, ABA-nın nəzdində fəaliyyət göstərən Ekspert Qruplarının motivasiyası məqsədilə “Xəzərin sahilində 2018” tədbiri keçirilib.
2017-ci ildən başlayaraq keçirilən motivasiya xarakterli bu tədbir əldə olunan nailiyyətlərin kollektiv əməyin nəticəsi olduğunu, həmçinin qarşıda duran hədəflərə çatmaq üçün birliyin önəmini vurğulayan “Uğurlusan-BİRLİKDƏ” adı ilə baş tutub. Tədbirdə motivasiya xarakterli təlim və əlaqədar oyunlar, fərqli əyləncəli müsabiqələr təşkil olunub. “Zolotaya Korona” şirkətinin baş sponsorluğu ilə keçirilən tədbirdə 50-yə yaxın yaxın təşkilatdan 150 nəfərdən çox nümayəndə iştirak edib.
Tədbirin tərəfdaşları sırasında “Antaris”, “İncəbelli”, “Zadagan”, “Veysəloğlu”, “Ballı”, “La Aristocratie”, “Andrew’s ties” şirkətləri olub.
Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.