Azərbaycanda bankların yeni filiallarının açılması üçün icazənin alınması ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatasına (MBNP) 11 müraciət daxil olub.
Sorğuya cavab olaraq Palatadan bildirilib ki, Direktorlar Şurasının qərarı ilə 1 filialın açılmasına icazə verilib, digər müraciətlərə baxılır.
Məlumata əsasən, bankların şöbələrinin açılması üçün icazənin alınması ilə əlaqədar Palataya 1 müraciət daxil olub və hal-hazırda bu müraciətə baxılır.
“Bank olmayan kredit təşkilatları fəaliyyətinə lisenziyanın alınması ilə əlaqədar 2 müraciət daxil olub. Bir müraciət üzrə lisenziyanın verilməsindən imtina edilib, digər müraciətə isə baxılır. Bank olmayan kredit təşkilatlarının yeni filiallarının açılması üçün icazənin alınması ilə əlaqədar 1 müraciət daxil olub və hal-hazırda həmin müraciətə də baxılır”, – deyə məlumatda vurğulanıb.
APA