10 C
Baku
Thursday, December 12, 2024

Banklar 300 milyon manata yaxın depozit faizləri ödəyiblər

Azərbaycandakı banklar 2022-ci ilin 8 ayı ərzində cəlb etdikləri depozitlər (əmanətlər) üzrə 284.6 milyon manatlıq faiz ödəyiblər.

Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, bankların depozitlər üzrə faiz xərlcəri ötən ilin eyni dövrü ilə müqayisədə 52.6 milyon manat və ya 23% artıb.

2021-ci ilin 8 ayında banklar 232 milyon manatlıq depozit faizləri ödəmişdilər.

Onu da qeyd edək ki, bu ilin yanvar-avqust aylarında bankların faiz və onlarla bağlı xərcləri 409.8 milyon manat təşkil edib.

Son xəbərlər
Digər xəbərlər