Azərbaycandakı banklar 2026-cı ilin yanvar-iyul ayında cəlb etdikləri depozitlər (əmanətlər) üzrə 862.2 milyon manatlıq faiz ödəyiblər.
Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, bankların depozitlər üzrə faiz xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə 144.8 milyon manat və ya 20% artıb.
2025-ci ilin yanvar-iyul ayında banklar 717.4 milyon manatlıq depozit faizləri ödəmişdilər.







