14 C
Baku
Saturday, April 27, 2024

“Banklar dolları qara bazara çıxarır”

“Bu gün Azərbaycanda dolların “qara bazar”ı haradan yaranır? “Qara bazar”a külli miqdarda dollar hardan, kimlərin əli ilə daxil olur ?!”

Bunu Milli Məclisdə 2017-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı deputat Vahid Əhmədov deyib. Deputat bildirib ki, Dövlət Neft Fondunun və Mərkəzi Bankın banklar üçün hərraca çıxardığı dollar sonradan kimlərinsə əli ilə “qara bazar”a çıxarılır.

“Mərkəzi Bank uçort dərəcəsini 15%-ə qaldırıb. Pul -kredit siyasətini sıxmaq müəyyən problemlər yaradıb. Dövlət Neft Fondu və Mərkəzi Bankın hər həftə hərraca çıxardığı və bankların aldığı dollarlar bankların öz əlləri ilə müəyyən şəxslərin vasitəsilə ilə “qara bazar”a çıxarılır. Ona görə də hər gün dollar qalxdıqca banklar da dollar satışını rəsmi dayandırır və dolları “qara bazar”a buraxaraq külli miqdarda pullar qazanırlar. Niyə heç bir qurum “qara bazar”ın bahalaşması ilə bağlı ölçü götürmür. Xahiş edirəm, bu məsələyə ciddi yanaşaq. Əgər bu məsələ həllini tapmasa, maliyyə bazarında ciddi fəsadlar yaranacaq”.

V.Əhmədov əlavə edib ki, məhdudlaşdırılmış maliyyə siyasəti qəbuledilməzdir: “Məhdud maliyyə siyasəti qısamüddətli özünü doğrulda bilər. Amma uzunmüddətli ola bilməz. Stabilləşmə 1-2 il də gedə bilər, qeyri-neft sektorunu inkişaf etdirmək istəyiriksə, maliyyə siyasəti əhali ilə bağlı olmalıdır. Büdcə gəlirlərinin ÜDM-də payı iləbəil azalır. 2017-ci ildə bu göstərici 26%-ə düşüb. Gələn il qapalı təşkilatlara dövlət büdcəsinin 17%-i həcmində vəsaitin ayrılması nəzərdə tutulub. Çox təəəsüf ki, onlarda heç bir yoxlama keçirilmir. Həmin qapalı təşkilatlarda vəsaitlərin xərclənməsinə nəzarət həyata keçirsinlər”.

Azvision

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər