26 C
Baku
Saturday, July 27, 2024

Bankların fevral hərraclarındakı tələbi $871 milyona çatıb

Azərbaycan Mərkəzi Bankında fevral ayında planlaşdırılmış 9 valyuta hərracının hər biri baş tutdu və Banker.az-ın hesablamalarına əsasən, ümumillikdə, hərraclarda banklara  870.6 milyon ABŞ dolları satılıb.

Bu da nağd ABŞ dolları üçün 2021-ci ilin dekabrından bu tərəfə qeydə alınmış ən yuxarı tələbli aydır. Həmin ayda  989.2 mln. dollar banklara valyuta satılmışdı. Biz bunu aşağıdakı qrafikdə aylar üzrə təsvir etmişik.

Adətən valyuta hərraclarında Dövlət Neft Fondu əsas dollar təminatçısı kimi çıxış edir, lakin son aylarda məlum oldu ki, Mərkəzi Bank da intervensiyada geri qalmır. AMB-nin sədri də faiz dərəcəsinə dair son iclasda bunu təsdiqləmişdi.

Fevral ayının ən aktiv valyuta hərracı 4-cü valyuta hərracı oldu və banklar bir hərracda 151.1 mln. dollar valyuta almaqla bazarda “isinmə” görüntüsünü yaratdı. Bununla belə, Azərbaycan Mərkəzi Bankının Banker.az-a verdiyi açıqlamada bunun “mövsümi” xarakter daşıdığı açıqlandı. Tənzimləyici bütün investorların gözünü Azərbaycanın cari əməliyyatlar balansına yönəltməyi bir növ tövsiyə etdi ki, bu rəqəm də profisitlidir. Əslində ölkənin ixracının əsas komponenti olan neft-qaz qiymətləri yuxarıdır. Yuxarı dediyimiz hər bir barel Brent neftinin 80 dollardan baha olmasını nəzərdə tuturuq. Halbuki, bu Azərbaycan hökümətinin hədəflədiyi 60 dollar/barel səviyyəsindən 20 dollar yuxarıdır.

Cari əməliyyatlar balansının mühüm hissəsi xarici ticarət balansı profisitli olduğu məlum oldu. Dövlət Gömrük Komitəsinin ilkin gömrük rəqəmlərinə əsasən respublika ixrac-idxal fərqindən 701.86 mln. dollar faydalanıb. Ötən ilin eyni dövründə xarici ticarət balansında 464.15 mln. dollar profisit yaranmışdı.

3456787654

 

Son xəbərlər
Digər xəbərlər