15 C
Baku
Wednesday, May 1, 2024

Banklar filialların sayını artırıb, şöbələrin sayını azaldıblar

2023-cü ilin yanvar ayına Azərbaycanın bank sektoru 489 filiala və 92 şöbəyə malik olub.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Ötən ilin eyni ayında isə bank filiallarının sayı 480, bank şöbələrinin sayı isə 97 olub ki, bu, illik müqayisədə müvafiq olaraq 9 vahid çox və 5 vahid vahid azdır.

Aylıq müqayisədə isə yanvarda 2 bank filialı, 1 bank şöbəsi açılıb.

Qeyd edək ki, 31 yanvar 2023-cü il tarixinə fəaliyyət göstərən 25 bankın ATM-lərin sayı 3006 olmuşdur.

Son xəbərlər
 ⁠
Digər xəbərlər