-3 C
Baku
Sunday, December 15, 2024

Banklar haqqında 10 maraqlı fakt

2-dekabr – bank işçilərinin günü, maliyyə sahəsindən olan mütəxəssislərin gündür. Bank deyəndə əksər insanların təsəvvüründə – sanballı, konservativ və demək olar ki “ciddi rejimli” bir müəssisə obrazı canlanır. Bankirlər isə zəngin, varlı və nüfuzlu insanlarıdır, amma bank biznesinin tarixində maraqlı və məzəli hallar da baş vermişdir. 

Bank –dükandır

Əslində bank sözü tərcümədə stol demədir. İtalyan dilindən tərcümədə banco- stol və ya dükan deməkdir. Bir zamanlar tacirlər və pul sərrafları dəyişdikləri pulları, metal sikkələri məhz dükanda stolun üzərinə yığırdılar.

Bankların ilk rəqibləri – dini məbədləri olub

Qədim Yunanıstanda trapezitlər (yunan dilindən tərcümədə dükan) əmanətçilərin adından ödəniş həyata keçirmək üçün saxlamağa yatırımlar, əmanətlər qəbul edirdi. Saxlamaq üçün onlara həm də qiymətli sənədlər, müqavilələr, sazişlər və mübahisəli məbləğləri də verirdilər. Bu dövrdə fərdi bankirlərin ən ciddi rəqibləri qədim yunan məbədləri idi, onlar öz məbəd qızıllarının bir qismini borc vermək üçün istifadə edirdi. Məbəd xəzinələrinin toxunulmazlığı onlara fərdi şəxslər, hökmdarlar və şəhər rəhbərlərindən əhəmiyyətli məbləğlərdə əmanət cəlb etməyə imkan verirdi.

Əvvəllər bankirləri müqəddəs torpaqlarda dəfn etməkdən imtina edirdilər.
1179-cu ildə III Lateran Yığıncağında papa Üçüncü Aleksandr bəyan etdi ki, faiz yığmaqda təqsirli bilinən insanlar xristian dəfnindən və ravvin ayinlərindən məhrum ediləcək.
Ən ciddi bank qarəti

Qinnesin rekordlar kitabı iddia edir ki, dünyanın ən böyük və ya “pullu” bank qarəti 1945-ci ildə Almaniyanın məğlubiyyətindən sonra Reyxsbankda baş verən qarətdir. Reyxsbankın seyflərində Nasist Almaniyasının qızıl ehtiyatlarının əsas hissəsi, həmçinin Almaniya tərəfindən işğal edilmiş ölkələrdən gətirilən dəyərli əşyalar saxlanılırdı. T. Bouerin kitabının məlumatlarına əsasən “Nasist qızılının” və oğurlanmış əşyaların ümumi dəyəri 1984-cü il qiymətləri 3,34 milyard dollar təşkil edib.

Dünyada ən böyük kupyura (əskinaz) nominalı

10 milyon Zimbabve dolları. Qara bazarda bu əskinazın təqribi qiyməti 4 ABŞ dolları təşkil edir.
Nominalına görə ən böyük metal pul (sikkə)
Eyni zamanda da dünyada metaldan hazırlanmış ən ağır qəpik – 1 milyon Kanada dolları civarında nominal dəyəri olan sikkədir. Bu 2007-ci ildə Kanadada emissiya edilib. Cəmi üç belə metal pul hazırlanıb –metal qəpiklər onları almaqda maraqlı olan sifarişçilərin istəyi əsasında düzəldilib.

Bu gün dünyada 2 milyondan artıq bankomat quraşdırılıb.

İlk bank aparatı isə 1967-ci ildə Londonda quraşdırılıb. Onu şotlandiyalı Con Şepard-Barron ixtira etmişdir. Həmin dövrdə plastik kartlar hələ ki, mövcud deyildi, ona görə də pulların çıxarılması üçün xüsusi vauçerlər istifadə edilirdi. Bu vauçerləri qabaqcadan bankdan almaq lazım idi.

Yol qarətləri pul köçürmələrinin yaranmasının əsas səbəblərindən biri oldu.

Qədimdə tacirlər pul vəsaitlərinin daşınması ilə bağlı itkilərdən əziyyət çəkirdilər. Ticarətin inkişafı ilə soyğunçu hücumların sayı sadəcə daha da çoxalırdı. Elə bir üsul tapıldı ki, hesablaşmanı daha da asan etdi və nağd pul daşıması zərurətini ümumiyyətlə aradan qaldırdı. Pulları bir şəhərdəki banka daxil edilir və digər şəhərdəki bankdan almaq mümkün olurdu. Bu zaman sadəcə qarantiya və ya borc sənədi təqdim etmək tələb olunurdu. Teleqraf xətləri vasitəsi ilə ilk pul köçürülməsi 1871-ci ildə həyata keçirilib, vəsaitlər bir neçə gün ərzində pulu almalı olan şəxsə çatırdı. Elektron ödənişlər sistemi yarananda situasiya dəyişir.

Banklarla bağlı lətifələr

Bankirlərin iştirakı ilə kütləvi lətifələr və zarafatların yayılması əsasən 2008-ci ilə təsadüf edir. Bu vaxta qədər bank və bankirlər lətifələrdə müstəqil personajlar kimi iştirak etmirdi. Onların folklorda meydana çıxması dünya bank böhranı ilə əlaqədar idi.

Bank kartları hələ 1880-ci ildə icad edilmişdi.

Əvvəlcədən ödənilmiş kartlar sayəsində hesablaşmaq aparmaq ideyası təxminən 132 il bundan qabaq, 1880-ci ildə yaranmışdı. Məhz həmin dövrdə məşhur Amerikan alimi Edvard Bellami özünün “Geriyə baxanda” (Looking Backwards) adlı kitabında hesabaşma zamanı qabaqcadan ödənilmiş kartlardan istifadəni təklif etmişdir. Amma onun bu perspektivli ideyasına haray verən tapılmamışdı.

1950-ci ildə DCI kompaniyası (Diners Club International) dünyada ilk universal ödəniş kartını – Diners Club (restoran daimi ziyarətçilərinin klubu) emissiya etdi.
1949-cu ildə Frenk Maknamer öz dostları ilə birlikdə nahar etməyə restoranlardan birinə gedir. Sonra o fikir verir ki, pulqabısını evdə unudub, bu vəziyyət onu pərt edir. Onun hesabı ödəmək üçün nağd pulu olmur və o, özünə and içir ki, eyni hadisə bir daha onun başına gəlməyəcək. O, dostları ilə birlikdə xüsusi restoran yaradır.

Onlar Diners restoranlar şəbəkəsinə baş çəkən varlı müştərilərin işini asanlaşdırmaq üçün kredit kartları emissiya etmişlər. Amerikada kredit kartlarını həmin dövrdə sadəcə kreditka adlandırırdılar. Qeyd etmək lazımdır ki, restorana ziyarət zamanı müştərilər tərəfindən kredit kartları vasitəsi ilə ödənilən vəsaiti restoran özü yox, məhz Diners Club toplayırdı. Buna görə isə o ümumi məbləğin 7%-ni qazanırdı. Kredit kart sahibləri isə onun istifadəsinə görə isə Diners Club-a ildə cəmi 3 dollar ödəyirdilər.

Son xəbərlər
Digər xəbərlər