25 C
Baku
Saturday, October 5, 2024

Banklar kinoteatrda CV qəbul edəcəklər

“28 Cinema”da Karyera günü təşkil olunacaq

Azərbaycanın premium kinoteatrı “28 Cinema” sentyabr ayının 22-də, “Təcrübə keçən” filminin dünya premyerasından iki gün öncədən nümayişi ilə əlaqədar olaraq Karyera günü təşkil edəcək.

Baş tutacaq tədbirdə ölkənin iri şirkətlərindən olan “Nar”, “Bakcell”, “Turan Bank” və “PWC” gənclər ilə görüş keçirəcək, onların CV-lərini qəbul edəcək və söhbət aparacaqlar.

Bu addımla “28 Cinema” hər zaman düşündüyü Azərbaycan gəncliyinin inkişafına öz kiçik tövhəsini vermiş olacaq.

Karyera gününün sonunda isə “Təcrübə keçən” filminin nümayişinə start veriləcək və tədbirə dəvət olunmuş şirkət sahibləri, media nümayəndələri, bloggerlər filmi izləyəcəklər.

Film mövzu etibarilə iş, karyera və yeni işə düzələn təcrübəçi haqqında bəhs edir. Filmdə məşhur Hollivud ulduzları Robert De Niro və Enn Heteuey çəkilib.

“28 Cinema” kinoteatrı “Enhanced 4K” müasir texnologiyasına əsaslanan, Barco yeni nəslindən olan proyektorlar və “3D Xpand” texnologiyalı eynəklər təqdim edir. “28 Cinema” “PLATINUM MOVIE SUITES” zalı daxil olmaqla 6 zaldan ibarətdir və kinoteatrın ərazisində “Cappuccino coffee house” və “Blackberry” restoranı yerləşir.

SalamNews

Son xəbərlər
Digər xəbərlər