Son dövrlər bank sektorunun durumu çətinləşmişdir. Bankların çoxu işçi ixtisarı və filialların birləşdirilməsi ilə müəyyən maliyyə optimallaşdırması aparırlar.
Hələ 2014 ildə ortaya atılmış bankların konsolidasiyası məsələsi yenidən aktuallaşıb. Bankların bir qismi devalvasiya nəticəsində yaranmış zərəri sonrakı gəlirlərin hesabına bağlaya bilsələrdə, bir qismi hələdə zərərlə işləməkdə davam edir. Bir məsələ aydındırki, bütün bankların bundan sonra əvvəlki kimi kreditləşmədən gəlir götürməsi artıq mümkünsüz olacaqdır. Bu aşağıdakı amillərin təsirindən qaynaqlanan bir problemdir:
- Mərkəzi Bankın faiz limitləri bankarı krediti biznes baxımdan faydalı hesab etdikləri qiymətə satmağa imkan vermir. Qeyd edək ki, faiz limizi biznes kreditləri üçün illik FİFD 25%, istehlak kreditləri üçün 29% təyin edilib.
- Xərclər hesabına yeni bazarlara daxil olmaq məhdudlaşıb. Ucqar regionlara 36% FİFD ilə kredit verib, orada filial saxlamaq artıq indi banklara maliyyə baxımdan sərf etmir. Bu bölgələrdə BOKT-ların daha aktiv olması gözlənilir.
- KapitalBank və Beynəlxalq Bank kimi iri kredit “maşın”larının rəqabətsiz kreditləşmə metodologiyası digər bankların bazar paylarını əllərindən alması ilə nəticələnəcək. Bu iki bankın kreditləşmə metodologiyasının üstünlüyü onlarda olan əmək haqqı kartları üzərində nəzarətdən ibarətdir.
- Növbəti devalvasiya qorxusu və həmçinin birinci devalvasiyanın yaratdığı fəsadlar xarici investorların Azərbaycana əvvəlki tək həvəslə investisya etmək iştahını azaldıb.
Bu prosesə təsir edən amillər siyahısını bir azda uzatmaq mümkündür.
Bəs sizin fikrinizcə, banklar konsolidasiyaya gecədəklərmi? Bu məsələyə münasibətinizi aşağıdakı səsvermə formasında qeyd edə bilərsiniz. Konkret hansı bankın konsolidasiya getməsini isə aşağıda şərh bölməsində qeyd etmək mümkündür.
[yop_poll id=”1″]
Comments are closed.