19 C
Baku
Wednesday, May 1, 2024

Banklar kredit faizlərindən 2 milyarddan çox gəlir əldə ediblər

Azərbaycandakı bankların 2023-cü ilin yanvar-oktyabr aylarında kreditlərdən əldə etdiyi gəlirlər açıqlanıb.

Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu ilin 10 ayında bankların kreditlər üzrə faiz gəlirləri 2,101.8 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 17% çoxdur.

Bankların 2022-ci ilin eyni dövründə kreditlər üzrə faiz gəlirləri 1,795.6 milyon manat təşkil etmişdir.

Yanvar-oktyabr aylarında faizlər üzrə xərcləri isə 677.9 milyon manat olub. Bu xərc ötən ilin eyni dövründə 528.7 milyon manat idi. Faiz xərclərinin böyük hissəsi depozitlər üzrə faiz xərcləridir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər