Banklar kredit faizlərindən gəliri 1 milyard manatı aşdı

Azərbaycandakı bankların 2026-cı ilin yanvar-mart ayında kreditlərdən əldə etdiyi gəlirlər açıqlanıb.

Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu ilin ilk üç ayında bankların kreditlər üzrə faiz gəlirləri 1 milyard 81 milyon manat təşkil edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 183.6 milyon manat və ya 20.4% çoxdur.

Bankların 2025-ci ilin eyni dövründə kreditlər üzrə faiz gəlirləri 897.8 milyon manat təşkil etmişdir.

Cari ilin yanvar-mart ayında faizlər üzrə xərcləri isə 495.4 milyon manat olub. Faiz xərclərinin böyük hissəsi depozitlər üzrə faiz xərcləridir.

1 3

Son xəbərlər
Digər xəbərlər