6 C
Baku
Sunday, December 15, 2024

Banklar öncəki ayda dollar “toplayırmışlar”

Azərbaycanda 2020-ci ilin noyabr ayı ərzində bankların xarici valyutanın alışını artırıb, satışının azaldılması müşahidə edilib. Bunu Banker.az Azərbaycan Mərkəzi Bankının statistik göstəricilərinə istinadən xəbər verir.

Ötən ay ərzində banklar əhalidən  91.32 mln. ABŞ dolları alıb. Bu isə öncəki ayla müqayisədə 5.06 mln. dollar (5.9%) artım deməkdir.  Qeyd edək ki, cari ilin sentyabrında bankların əhalidən aldığı dollar alışı daha çox yüksəlmişdi. Həmin ayda əhalidən 119.01 mln. dollar almışdılar ki, bu da martdan bu tərəfə ən yüksək rəqəmdir.

Noyabrda isə140.98 mln. dollar həcmində ABŞ valyutası satıblar. Bu isə öncəki ayla müqayisədə 63.22 mln. dollar, yəni, 31% az valyuta satması deməkdir.

234

Belə olduğu halda noyabrda mübadilə əməliyyatlarında ABŞ valyutasının məzənnəsini 1.7012 dollar/manatdan 1.7009 dollar/manata qədər azaltmalı olub.

Son xəbərlər
Digər xəbərlər