Prezidentin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanında göstərilən əsas məsələlərlə bərabər 6.3-cü maddəsində banklara fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görmək tövsiyə edilib. Bu tövsiyələrin icrası məqsədi ilə bank icması da öz növbəsində görülməli olan ilkin dəstəkləyici tədbirlər müəyyən etməkdədir.
Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Banklar Assosiyasiyasının iclasından deyilir.
Bununla əlaqədar olaraq, 29 mart 2019-cu il tarixində Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin geniş tərkibdə iclası keçirilmişdir. İclasda yekdilliklə Qarabağ müharibəsi və 20 Yanvar şəhidlərinin bir nəfər ailə üzvünün banklara 360 gündən artıq gecikməsi olan 1000 (min) AZN qədər kreditlərinin (faiz borcu daxil olmaqla) bankların öz vəsaitləri hesabına ödənilməsi barədə qərar qəbul edilmişdir.
Bundan sonra da banklara bu istiqamətdə əlavə güzəştlər edilməsi imkanlarının araşdırılması tövsiyə edilmişdir.