10 C
Baku
Friday, December 13, 2024

Banklar və əhali stressli vəziyyətdə – Mərkəzi Bank isə susur…

Fevralın 21-də baş verən kəskin devalvasiyanın fəsadları bir çox sahələrlə yanaşı, bank sistemində də ciddi itkilərə səbəb olmuşdur. Banklarda bu itkilər 2 mərhələdə baş verdi: a) bankların kapitalında azalmalar oldu; b) bankların dollarla kredit verdikləri müştərilərlə münasibətlər kəskinləşdi və potensial itkilər yarandı.

Hazırda bank bazarında müəyyən bir durğunluq dövrü yaşanır. Banklar əvvəl dollar kreditləri veridikləri müştərilərdən pulların yığılmasında müəyyən çətinliklərlə üzləşirlər. Təbii ki, bu məsələnin kökündə 2 əsas amil dayanır. Birinci amil əhalinin ödəniş qabiliyyətinin pisləşməsi, digər amil isə devalvasiya dövründə bəzi hüquqşünasların Mülki məcəllənin 439.7 Maddəsinin şərhi səbəb olmuşdur.

Hazırda ən ciddi məsələlərdən biri dollar kreditinin ödənişini hansı məzənnə ilə edilməsindədir. Bu məsələ ilə bağlı Mərkəzi Bankın 2 dəfə bazara mesajı olmuşdur. Bu mesajlar rəsmi olmasada, Mərkəzi Bankın bu mesajları müştəri şikayətinə cavab şəklində verilməsi məlum olmuşdur. Mesajların hər ikisi qeyri- müəyyən olduğundan situasiyanın həllinə köməklik etməmişdir.

Redaksiyamıza daxil olan çox saylı oxucu və bank işçilərinin məktublarından məlum olur ki, Bakı və rayonlarda bankların bəzi filiallarında müştərilər və bank işçiləri arasında ciddi qarşı durmalar yaranır. Bu isə , bank sisteminin illərlə yaratdığı dəyərlərin bir anda məhv olması deməkdir. Bank sisteminin funksiyası, müştərilərə xidmət göstərmək və bunun müqavilində müəyyən gəlirlərin əldə edilməsidir. Lakin , belə bir vəziyyətdə nəinki müştəri loyallığının qazanılması ağılsızlıq hesab edilə bilər, hətta hazırda onlara verilmiş vəsaitin geri alınması müşkül məsələyə çevrilmişdir.

Əslində, bankların çoxu müştərilərə müəyyən güzəştlərin edilməsi imkanına malikdir. Lakin bu məsələdə də müəyyən bir çətinlik var –  bank müştəriyə indi müəyyən güzəşt verir, səhəri gün Mərkəzi Bank banklara tapşırıq verir ki filan güzəşt edilsin. Bank artıq güzəşt veridiyi müştəriyə yenidən güzəşt vermək məcburiyyətində qalır , bu isə artıq 2 qat ziyandır.

Odur ki, bank sistemi nəfəsini dərib Mərkəzi Bankın qərarını gözləyir. Bəlkə də belə bir qərar olmayacaq, amma ümid necə deyəllər sonda ölür…

Son xəbərlər
Digər xəbərlər