2014-cü il yanvar ayının 15-dən etibarən ölkənin 13 aparıcı bankı Zolotaya Korona pul köçürmələri sistemi üzrə xidmət göstərməyəcək.
Belə bir qərar bankların Zolotaya Korona sistemi vasitəsilə həyata keçirdiyi əməliyyatların aşağı gəlirliliyi və əməkdaşlıq səmərəliliyinin az olması ilə bağlıdır.
Əfsuslar olsun ki, bankların Zolotaya Korona sistemi ilə 2013-cü il ərzində davam edən danışıqları müsbət nəticələnməmiş və bu səbəbdən banklar adıçəkilən sistem üzrə xidməti dayandırmaq qərarını vermək məcburiyyəti qarşısında qalırlar.
Zolotaya Korona sistemi ilə əməkdaşlığı dayandıran Azərbaycan banklarının siyahısı:
1. Azərbaycan Beynəlxalq Bankı
2. Xalq Bank
3. Kapital Bank
4. Bank Standard
5. Bank Technique
6. Bank Respublika
7. Unibank
8. Dəmir Bank
9. Muğan Bank
10. Bank of Baku
11. Ata Bank
12. Access Bank
13. Bank of Azerbaijan
Comments are closed.