7 C
Baku
Sunday, December 15, 2024

“Banklara 600 mln manat ayrıldı, ancaq kredit faizləri hələ də aşağı salınmır”

“Maliyyə Nazirliyi və Mərkəzi Bank bu məsələni nəzarətə görtürməli, kredit faizlərinin aşağı salınması ilə bağlı konkret təkliflər hazırlamalıdır”.

Bu fikirləri Milli Məclisin bbu güün başlayan payız sessiyasının ilk iclasında çıxış edən millət vəkili Vahid Əhmədov səsləndirib.

Millət vəkilinin sözlərinə görə, bank sektoru ölkənin iqtisadi inkişafına töhfə vermir:

“Dövlət problemli kreditlərlə bağlı məsələnin həlli üçün banklara 600 milyon manat ayırdı.

Ancaq buna baxmayaraq, banklar kredit faizlərini əvvəlki kimi yüksək həddə saxlayırlar.

Çox təəssüf ki, bu gün bank sektoru ölkə ioqtisadiyyatının inkişafına gözlənilən töhfəni vermir.

Maliyyə Nazirliyi və Mərkəzi Bank bu məsələni nəzarətə görtürməli, kredit faizlərinin aşağı salınması ilə bağlı konkret təkliflər hazırlamalıdır”.

©Yenicag.az

Son xəbərlər
Digər xəbərlər