24 C
Baku
Friday, June 28, 2024

Banklara “dollar axını” olduğundan hərraclarda tələb kəskin düşüb

14 iyun 2022-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

Hərracda tələb 22.1 mln. ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdir.

Hərracda manatın ortaçəkili məzənnəsi 1.7000 səviyyəsində formalaşmışdır.

Bununla da iyun ayının ilk dörd valyuta hərracında cəmi 130 milyon ABŞ dolları satılıb. Bu da o deməkdir ki, iyun son illərin ən zəif göstəricisinə malikdir.

May ayı ilə müqayisədə iyunda dollar satışı 16% azalıb.

Qeyd edək ki, 2022-ci ilin fevralından başlayaraq aybaay azalır.

Ölkəyə əsas valyuta gətirən neftin qiyməti fevral ayından bu tərəfə 100 dollardan baha ticarət olunmaqdadır. Bunun nəticəsi olaraq Azərbaycanın tədiyyə balansında profisit kəskin artıb ki, bu da valyuta bazarında sabitliyi qorumaq üçün əsas amildir.

Aprel ayında 548.7 milyon dollar banklar hırraclarda valyuta almışdı. Bununla belə, əhali əllərindəki nağd dolların banklara satması, almasını üstələmişdi. Bu da o deməkdir ki, əhali tərəfdən banklara dollar satışı daha kəskin artır, bu da bankların hərraclarda dollar alması tələbini zəiflədir. Ətraflı.

Hazırkı durumda bankların dollara tələbinin bu qədər azalması onu deməyə əsas verir ki, şirkət və əhali tərəfdən banklara nağd dollar satışı yüksəlib.

789ui 1

Son xəbərlər
 ⁠
Digər xəbərlər