01 aprel 2021-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilmişdir.
Hərracda tələb 69.3 mln. ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdir. Bu da öncəki hərracla müqayisədə 14% az olması deməkdir.
Xatırladaq ki, sonuncu hərracda 80.7 mln dollar satılmışdı.
Hərracda manatın ortaçəkili məzənnəsi 1.7000 səviyyəsində formalaşmışdır.