1 C
Baku
Saturday, December 14, 2024

Banklara edilən kiberhücumlarla bağlı məsələ konfransda müzakirə ediləcək

Bu ilin may ayında “Bank və Maliyyə bazarlarının kibertəhlükəsizliyi” adlı Konfransın keçirilməsi planlaşdırılır.

Banker.az xəəbər verir ki, bu barədə Azərbaycan Banklar Assosiasiyası (ABA) məlumat verib.

Məlumata əsasən,  konfransda bankların kibertəhlükəsizlik üzrə məsul şəxləri, departament direktorları, bank-maliyyə sektorunda bu məsələyə nəzarət edən dövlət qurumlarının və tərəfdaş kibertəhlükəsizlik şirkətlərinin  nümayəndələri iştirak edəcəkdir.

Hazırkı mərhələdə konfransda tərəfdaş kimi çıxış etmək istəyən IT şirkətlərinin müraciətlərinə baxılır.

Konfransda bankların informasiya təhlükəsizliyi üzrə risk ssenariləri, internet və mobil bankçılıq təhlükəsizliyi, ATM təhlükəsizliyi, təhlükəsizlikdə insan faktoru – sosial mühəndislik həmlələri və digər mövzularda çıxışlar olacaqdır. Xüsusilə, banklarda kibertəhlükə üzrə erkən xəbərdarlıq sistemləri və avtomatlaşdırılmış maliyyə əməliyyatları sistemlərinin kibertəhlükəsizliyi barədə iştirakçılar məlumatlandırılacaqdır.

Həmçinin konfransda mövcud trendlər haqqında müzakirələr aparılacaqdır, bank-maliyyə sektorunda kibertəhlükəsizliyin artırılması istiqamətində konfrans iştirakçılarının təklifləri səsləndiriləcəkdir.

Son xəbərlər
Digər xəbərlər