25 noyabr 2021-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilmişdir.
Hərracda tələb 105.5 mln. ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdir.
Hərracda manatın ortaçəkili məzənnəsi 1.7000 səviyyəsində formalaşmışdır.
Bununla da noyabrın ilk 8 hərracında banklar ARDNF-dən 711 milyon dollar valyuta alıblar. Bu da 2020-ci ilin martından bu tərəfə qeydə alınan ən böyük rəqəmdir.