31 avqust 2023-cü il tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib.
Banker.az-a Azərbaycan Mərkəzi Bankından bildirilir ki, hərracda tələb 51,0 mln. ABŞ dolları təşkil etmiş və tam təmin edilib.
Hərracda manatın ortaçəkili məzənnəsi 1.7000 səviyyəsində formalaşmışdır.