1 fevral 2015 –ci il tarixində Azərbaycan əhalisinin banklarda olan əmanətləri azalıb.
Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, ötən ay ilə müqayisədə əhalinin banklarda olan əmanətləri 67 mln manat azalaraq, 7 121.3 mln manata çatıb.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə isə bank əmanətləri 669.9 mln manat, yəni 10% artıb.