Banker.az monitorinq qrupu növbəti yazısında banklarda debet kartlar haqqında araşdırma aparıb. Bu mövzuda Siz oxucularımız üçün kifayət qədər maraqlı araşdırmalar təqdim etmişik. Bu yazımızın öncəkilərdən fərqi ondan ibarətdir ki, araşdırmanın məqsədi məhsulun şərtləri ilə bağlı ümumi məlumat vermək deyil, müvafiq məhsul üzrə bazarın “ƏN”lərini seçməkdir. Debet kart elə bir bank məhsuludur ki, profilindən və potensialından asılı olmayaraq istənilən bankdan əldə etmək mümkündür. Lakin öz innovativ yenilikləri ilə bazarda fərqlənənbəzi Banklar kütləviliyi ilə seçilən bu bank məhsulunda kifayət qədər yeniliklər və güzəştlər tətbiq edib. Məhz bu üstünlüklər və yeniliklər bizə “ən yaxşı debet kartlar hansıdır?” sualını tapmağa kömək etdi. Ən yaxşı debet kartların üstünlükləri müqayisəli formada aşağıdakı cədvəldə göstərilib, lakin biz ilk öncə bu kriteriyaları Sizlərə təqdim etmək istərdik.
Sual: Ən yaxşı debet kartlarda hansı üstünlüklər olmalıdır?
Cavab:
- Kart pulsuz olmalı və ya qiyməti münasib olmalıdır.
- Kart vasitəsilə Banka məxsus ATM-lərdə nağdlaşma zamanı komissiya tutulmamalıdır.
- Kartdan istifadə zamanı müştəri hansısa bir məbləğ qazanmalıdır. Bu cash – back və ya bonus şəklində ola bilər.
- Kartdakı qalıq vəsaitə görə müştəri faiz gəliri qazanmalıdır (depozit funskiyası).
- Kart digər üstünlüklərə, məsələn Contactless (Paywave), Pulsuz SMS məlumatlandırma və s. malik olmalidir.
Bank | Kart | Kartın qiyməti | Nağdlaşma komissiyası | Cash – back / Bonus | Depozit funksiyası
( AZN valyutalı kartlar) |
Digər üstünlüklər |
Unibank | Albalı Plus Contactless | 3 illik – 10 AZN | 0% | 30%-dək
(Cash – Back) |
Kartdakı qalıq vəsaitə illik 3%-lə gəlir əldə etmək imkanı | Contactless |
Bank of Baku | Bolkart Debet Ailə | 1 illik – 8 AZN
2 illik – 14 AZN 3 illik – 18 AZN |
0% | 45%-dək
(Bonus) |
Kartdakı qalıq vəsaitə illik 5%-lə gəlir əldə etmək imkanı | – |
Express Bank | Expresso | 4 illik – 5 AZN | 0% | 20%-dək
(Cash – Back) |
Kartdakı qalıq vəsaitə illik 3%-lə gəlir əldə etmək imkanı | Contactless funskiyası və
Pulsuz SMS məlumatlandırma |
Yapıkredi bank | Pulkart | 5 illik – 5 AZN | 0% | 20%-dək
(Bonus) |
– | – |
Access Bank | myCard Classic | 3 illik – 20 AZN | 0% | – | Kartdakı qalıq vəsaitə illik 5%-lə gəlir əldə etmək imkanı | 1 illik SMS məlumatlandırma pulsuz |