Bildiyiniz kimi, bütün dünyada, şirkətlər, kommersiya bankları və digər müəssisələr beynəlxalq təşkilatlar tərəfindən reytinqlərə layiq görülürlər.
Ölkəmizin də şirkətlər ilə yanası kommersiya banklarına da reytinqlər verilir. Beynəlxalq təşkilatlar tərəfindən banklara reytinqlər verilən zaman, bankların vəziyyətlərini qiymətləndirilir və ona əsasən reytinqlərə layiq görürlər.
Ümumiyyətlə bu beynəlxalq təşkilatlar, reytinq verdiyi şirkətlərin məlumatlarını özündə cəmləyir. Beynəlxalq reytinqlər, müəssisə haqqında məlumat almaq istəyən bir çox şəxslər üçün fayladır. Banka əmanət yerləşdirildikdə, kredit verilən zaman , həmçinin, investisiya etmək istədikdə və hətta hər hansı bir şirkətin səhmlərini aldığınız zaman belə həmin şirkətin vəziyyəti haqqında bir çox məlumatlar əldə etməyiniz mümkündür.
Hazırda dünyada ən məşhur beynəlxalq təşkilatlar Fitch, Moody’s və Standard and Poor’s agentlikləridir.
Aşağıdakı cədvəldə banklarımızın beynəlxalq reytinq göstəriciləri ilə tanış ola bilərsiniz.