9 C
Baku
Thursday, December 26, 2024

Bankların əhaliyə ilin ilk 8 ayında nağd dollar satışı $1.7 mlrd.-ı keçib

Azərbaycanda 2024-cü ilin ilk səkkiz ayında banklar əhaliyə nağd 1 milyard 711.78 milyon ABŞ dolları satıb.

Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu da illik müqayisədə 725.18 milyon dollar və ya 74 faiz artımdır. Keçən ilin müvafiq dövründə əhaliyə nağd 986.6 milyon dollar satılmışdı.

Əhali isə bu dövr ərzində 1 milyard 121.46 milyon dollarını banklarda yerli valyutaya konvertasiya etmişdi ki, bu da illik müqayisədə daha az artım dinamikasıdır. Keçən ilin ilk səkkiz ayında banklar əhalidən 1 mlrd. 94.35 mln. dollar almışdı. Bu da illik müqayisədə cəmi 27.1 mln. və ya 2% ətrafında artımdır.

Beləliklə, ilin ilk səkkiz ayında banklar tərəfində əhaliyə 590.32 mln. dollar axın olub.

Qeyd edək ki, bu il Dövlət Neft Fondu valyuta hərraclarında banklara 4 milyard 714.8 milyon dollarlıq valyuta satıb. Bu da keçən ilin eyni dövründən 2 mlrd. 418.7 mln. dollar və ya 105% çoxdur.32e23

Son xəbərlər
Digər xəbərlər