11 C
Baku
Şənbə, Noyabr 27, 2021

Bankların əhaliyə nağd dollar satışı yüksəldi – Son ayda 67% artım!

Azərbaycan əhalisinin nağd ABŞ dollarına və avroya tələbi daha çox yüksəlib, digərlərinə isə azalıb.

Bu barədə Banker.az Azərbaycan Mərkəzi Bankın statistikasına istinadən bildirilir.

2021-ci ilin oktyabr ayı ərzində banklar tərəfindən  159.26 milyon ABŞ dolları əhaliyə satılıb. Bu da öncəki ayla müqayisədə 63.86 milyon dollar, yaxud 66.9% artım dinamikasıdır. Oktyabrda əhalinin qeydə alınmış dollar tələbi 2021-ci ilin fevralından bu tərəfə qeydə alınmış ən yüksək göstəricidir.

2021-ci ilin birinci rübdən sonra, bankların əhalidən aldığı dolların, satdığı dolları üstələməyirdi. Birinci rübdə banklar əhalidən 330.7 milyon dollar almış, 626.3 milyon dollar satmışdır, ikinci rübdə 358.1 milyon dollar almış, 286.8 milyon dollar satmış və üçüncü rübdə isə 363.7 milyon dollar almış və 284.9 milyon dollar satmışdır. Beləliklə, əhalinin ilk rübdən sonrakı dövrlərdə dollarının böyük hissəsini banka satmalı olub. Bu aprel ayından başlayaraq davam edirdi.

Lakin oktyabr ayı bu beş aylıq tendensiyanı (əhalinin dollarını banka qaytarması) pozmalı oldu. Belə ki, bankların əhalidən dollar alışı son ayda  20.38 milyon dollar, yaxud 16.9% azalmaqla 100.21 milyon dollar təşkil etdi.

Banker.az-a rəsmi mənbə bildirib ki, noyabr əhalinin və şirkətlərin dollar alışının yüksəldilməsi “normal haldır”. Mümkündür ki, dekabrda da yüksək tələb olsun.

Bu əməliyyatlardan sonra ABŞ dollarının orta mübadilə məzənnəsi  1.6977 manatdan 1.6991 manata yüksəldi. Yeri gəlmişkən, bu göstərici aprel ayında  1.7002 manat təşkil edirdi.

3212312
Mənbə: ARMB

Beləliklə, cari ilin ilk on ayında yerli banklar tərəfindən əhaliyə  nağd 1 milyard 357.2 milyon dollar satılıb və əhalidən 1 milyard 152.73 milyon dollar alınıb ki, bu da 204.46 milyon dolların əhalinin “yastığı” altına getməsi deməkdir.

Əhalinin dollardan sonra özünə ikinci ən çox tələb olunan valyutası isə avrodur. Baxmayaraq ki, avro dünyada son aylarda əsas rəqibi qarşısında zəiflim nümayiş etdirir, Azərbaycan əhalisinin Avrozonanın vahid pulu üçün tələbi öncəki ayla müqayisədə  4.29 milyon avro, yaxud 35.4% artım olub. Oktyabrda əhali nağd 16.39 mln. avro yerli banklardan satın alıb.

Nağd ingilis puluna tələb 44% azalmaqla  952.33 min funt sterlinqə, Rus puluna isə 8% azalmaqla  204.87 milyon rubla düşüb.

DÖVLƏT NEFT FONDU HƏRRACLARDA

Azərbaycanın suveren fondu rolunu oynayan Dövlət Neft Fondu 2021-ci ilin oktyabr ayında 539.9 milyon ABŞ dolları satmışdı. Həmin 8 hərracda satılan ABŞ dollarının həcmi öncəki aydan 4.5% az idi. ARDNF ilin ilk ilk 10 ayı ərzində isə  4 milyard 848 milyon dollarlıq valyutasını manatın məzənnəsinin qorunması üçün valyuta bazarına çıxarıb.

Banker.az analitika qrupu bildirir ki, Azərbaycanda noyabrın ilk yeddi valyuta hərraclarında banklara 606 mln. dollar satılması, noyabr üzrə əhaliyə dollar satışının oktyabrda 25-30% daha çox olacağı ehtimalını yaradır.

 Valyuta bazarında dollar satışı , mln. 
 Tarix    ARDNF-in banklara dollar satışı  Əhalidən $ alış Əhaliyə $ satışı
Yanvar 2021  $                     644.50  $    67.73  $  325.40
Fevral  2021  $                     440.40  $  142.40  $  167.40
Mart  2021  $                     397.80  $  120.58  $  133.45
Aprel  2021  $                     510.00  $  130.63  $  129.96
May 2020  $                     312.82  $    99.01  $    80.06
İyun  2021  $                     463.60  $  128.46  $    76.73
İyul  2021  $                     461.50  $  119.11  $    94.19
Avqust  2021  $                     512.20  $  124.01  $    95.34
Sentyabr  2021  $                     565.40  $  120.60  $    95.40
Oktyabr  2021  $                     539.90  $  100.21  $  159.26

2122122

Son xəbərlər
Oxşar xəbərlər
X