7 C
Baku
Friday, December 26, 2025

Bankların əhalidən aldığı nağd dollar satışı $300 mln. üstələyir

2025-ci ildə valyuta bazarında təklif tələbi üstələdiyi üçün burada ümumilikdə vəziyyət stabil görünür. Mərkəzi Bank isə bunu bu bazarın artıq yalnız sabit deyil, struktur olaraq da möhkəmləndiyi qənaətindədir.

Banker.az xəbər verir ki, 2025-ci ilin əvvəlindən dekabr ayının əvvəlinə qədər mübadilə şöbələri tərəfindən nağd xarici valyutanın alışı satışını 299.05 mln. ABŞ dolları üstələyib. AMB isə dekabrın əvvəlində iclas zamanı bu fərqin 393 mln. ABŞ dolları əhali tərəfdən banklara doğru axın olduğunu bildirmişdi.

İlin ilk 11 ayının nəticələrinə görə banklar əhaliyə nağd 1 mlrd. 603.7 mln. ABŞ dolları satarkən eyni dövrdə əhalidən banklara 1 mlrd. 902.8 mln. manat satılıb.

AMB ötən gün 2026-cı ilə dair pul bəyanatında deyir ki, Azərbaycanın valyuta bazarındakı sabitlik ölkədə qiymət sabitliyinin təmin olunmasında həlledici rol oynayır.

Rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsinin son 12 ayda 2.1 faiz bəndi azalaraq noyabrda 29%-ə enməsi məzənnə ilə bağlı gözləntilərin nikbin olduğunu göstərir. Bu şəraitdə 2025-ci ilin 11 ayında Mərkəzi Bankın valyuta ehtiyatları 4.3% artaraq 11.4 mlrd. ABŞ dollarına çatıb.

2025-ci ilin ötən dövründə nağd və nağdsız seqmentlər üzrə ümumilikdə valyuta bazarında təklif tələbi üstələmişdir. Rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi son 12 ayda 2.1 faiz bəndi azalaraq 2025-ci ilin noyabrında 29%-ə enmişdir. Əlverişli xarici sektor göstəriciləri valyuta bazarında tarazlığı dəstəkləmişdir. Tədiyə balansının cari əməliyyatlar hesabının profisiti 2025-ci ilin 9 ayında 3 mlrd. ABŞ dolları və ya ÜDM-in 5.4%-i səviyyəsində olmuşdur. Bu şəraitdə ölkənin strateji valyuta ehtiyatları 11 ayda 17.7% artaraq 83.6 mlrd. ABŞ dollarına çatmışdır. O cümlədən Mərkəzi Bankın valyuta ehtiyatları 4.3% artaraq 11.4 mlrd. ABŞ dollarına yüksəlmişdir.

00994 scaled

Valyuta bazarında tarazlığın əsas amili olan xarici sektor göstəriciləri əlverişli olaraq qalır. 9 ayda tədiyə balansının cari əməliyyatlar balansında (CƏB) 3 mlrd. ABŞ dolları və ya ÜDM-in 5.4%-i məbləğində profisit formalaşıb. CƏB-in profisiti əsasən xarici ticarət və təkrar gəlirlər balanslarının profisitindən irəli gəlib.

Qeyd edək ki, Azərbaycanın tədiyyə balansının ümumi kəsiri 1 mlrd. 125.4 mln. dollar təşkil edib. Ötən ilin eyni dövründə tədiyyə balansında 181,6 milyon ABŞ dolları profisit olub.

AMB-nin Statistika departamentinin direktoru Samir Nəsirov bildirib ki, biz bir çox hallarda tədiyyə balansına makroiqtisadi dayanıqlılığın əsas aləti kimi baxırıq. “9 ay ərzində tədiyyə balansı beynəlxalq əmtəə, fond və valyuta bazarlarındakı dəyişikliklərdən təsirlənib”.

Qeyd edək ki, Dövlət Gömrük Komtiəsi ilin ilk 11 ayında ilkin məlumat olaraq ticarət balansında 2 mrld. 212.94 mln. dollarlıq müsbət qalıq yaranıb.

23

Son xəbərlər
Digər xəbərlər