Banker.az 2022-ci ilin yanvar-sentyabr ayları üzrə kommersiya banklarının faiz gəlirlərinin həcminə, illik dinamikasına və bazar payına görə renkinqini tərtib edib.
Renkinqə bu il “Kapital Bank” ASC 445 mln. manatlıq faiz gəliri ilk pillədədir. Bank bu bazarda bu mənbədən gələn gəlirlərin 23%-nə pay sahibliyi edir.
TOP10-luğun bank sektorunun faiz gəlirlərindəki payı 85% təşkil edir.
Cari ildə ən yüksək dinamika illik müqayisə üzrə götürsək “Bank Respublika” ASC-də qeydə alınıb. Bank bu cari ilin ilk 9 ayında öncəki ilin analoji dövründən 57% artıq faiz gəliri əldə edib.
Üç bankın faiz gəlirləri illik müqayisədə azalıb. Bunlar Bank Melli Iran. Bakı filialı (-1%), “Premium Bank” ASC (-6%) və “Azərbaycan Sənaye Bankı” ASC-dir (-13%).