12 C
Baku
Saturday, November 23, 2024

Bankların ABŞ dollarına marağı kəskin düşdü – May son illərin ən ölü ayıdır

May ayında Azərbaycan Respublikası Dövlət Neft Fondu  tərəfindən keçirilən səkkiz valyuta hərracında bankların tələbi cəmi 288.1 mln. ABŞ dollar olub.

Bu barədə Banker.az-ın analitik qrupu bildirir.

Hesablamalara görə, banklar Mərkəzi Bankdakı valyuta hərracında bankların tələbi öncəki ayla müqayisədə 47.5%, illik müqayisədə 7.9% azalmış oldu.

34234233243

2022-ci ilin mayında qeydə alınmış bu həcm son illərin ən aşağı göstəricisidir. May ayında dollara tələbin düşməsi həmişə baş verib. Bu maya xasdır. 2020-ci ilin martından bu tərəfə ən aşağı həcmli dollar alışı 2020-ci ilin mayında qeydə alınmışdı və həmin dövrdə cəmi 334 mln. dollar banklara dollar satılmışdı.

2131312321

Qeyd edək ki, 2022-ci ilin aprelində də ABŞ dollarının əhali tərəfindən nağd şəkildə alışı kəskin düşmüş, əksinə əhalinin banklar dollar satışı artıb. Bu da banklara dollar axının olması deməkdir. Buna görə də bankların dollara tələbi azalmaqdadır.

Beləliklə, ARDNF banklara 2022-ci ilin ilk 5 ayı ərzində 2 mlrd. 461 mln. ABŞ dolları satıb. Yanvar və fevralda dollara tələbin bir qədər yuxarı olması illik müqayisədə cari ildə dollara tələb hələ ki, 7% yuxarıdır.

 

Son xəbərlər
Digər xəbərlər