Azərbaycan banklarının ümumi öhdəlikləri azalıb.
Banker.az bu barədə MBNP-nın 2017 ci ilin sentyabr ayına olan icmal göstəricilərinə istinadən xəbər verir.
Məlumata görə, avqust ayı ərzində 26 milyard 568 min manat olduğu halda bu rəqəm, sentyabrda 23 milyard 145 milyon manat təşkil edib. Burada depozit portfeli azalaraq 15 milyard 362 milyon manata düşüb.
Hesabat dövründə bankların Azərbaycan Mərkəzi Bankı qarşısındakı öhdəliyi 570,8 milyon manata qədər azalıb. Bu rəqəm ilin avqust ayında 609,3 milyon manat idi.