9 C
Baku
Friday, December 13, 2024

“DəmirBank” sonuncu bağlanan bank deyil, digər bağlananlar olacaq – İqtisadçı

“Dəfələrlə dediyim kimi, bank sisteminin vəziyyəti ağırdır və bağlanmalı xeyli bank var.”

Bank sektoru üzrə mütəxəssis, iqtisadçı, hüquqşünas  Əkrəm Həsənov “Dəmirbank”ın bağlanmasına şərh verərərkə bunu gözlənilən olduğunu bildirib.

“Sadəcə, Maliyyə Bazarlarına Nəzarət Palatası subyektiv səbəblərdən məsələni uzadırdı və hələ də uzadır. Problemli banklar bağlanmalıdır ki, yaxşılar rahat nəfəs ala bilsin. Problemli bankların da bu vəziyyətə düşməsinin əsas səbəbi bəllidir – problemli kreditlərin həcminin artması. Həmin kreditlərin də əksəriyyəti elə bank sahibləri və inzibatçılarının öz yaxınlarına ”gedər-gəlməz” prinsipi ilə verdiyi vəsaitlərdir. Həm “Dəmirbank”, həm də onun günündə olan digər banklara qarşı Palata son dövrdə bir sıra təshih tədbirləri tətbiq edib. Yəni müəyyən fəaliyyət istiqamətlərini məhdudlaşdırıb. Məsələn, əmanət qəbul edə bilmirlər və s. Bununla da Palata həmin banklara təzyiq edir ki, ya birləşin, ya da banka əlavə sərmayə yatırın. Bank sahibləri də bunları etmir (edə bilmir və ya etmək istəmir). Sonuncular, sadəcə, fürsətdən istifadə edərək aktivlərinin bankdan çıxarılması ilə məşğuldur. Buna görə də əvvəl-axır Palata reaksiya verməli idi və verdi də. Böyük ehtimalla, yaxın vaxtda bankların bağlanması davam edəcək”.-  deyə o Musavat.com-a bildirib.

Son xəbərlər
Digər xəbərlər