23 dekabr 2021-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilmişdir.
Banker.az xəbər verir ki, hərracda tələb 130.9 mln. ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdir. Bu da 2021-ci ilin yanvar ayının 3-cü hərracından ( 142.2 mln. dollar) ən yüksək göstəricidir.
Beləliklə, dekabr ayının ilk 7 valyuta hərracında banklara 728 mln. dollarlıq valyuta satılıb. Bu da 2020-ci ilin mart ayından bu tərəfə ən maksimal göstəricidir.
Hərracda manatın ortaçəkili məzənnəsi 1.7000 səviyyəsində formalaşmışdır.