Güzəşt müddəti – bir digər adı ilə “grace period” bankların kredit kartları vasitəsilə müştərilərinə təqdim etdiyi xidmətdir. Bu xidmətin mahiyyəti kredit kartlarından istifadə edilən vəsaitin müəyyən bir dövr ərzində faizsiz olaraq geri qaytarılma imkanından ibarətdir. Bir çox hallarda güzəşt müddəti nağdsız ödənişlərə şamil edilir.
Lakin bu xidmətin nağd istifadə edilən vəsaitlər üzrə də tətbiq edildiyi Banklar mövcuddur. Bəzi Banklarda bu kredit kartlarında, bəzilərində isə taksit funksiyalı kartlarda vardır. Banker.az olaraq Bankların nağdlaşdırılan vəsaitlər üzrə güzəşt müddəti üstünlüyü olan kartlarının şərtlərini və onları əldə etmək üçün mövcud tələbləri Sizlər üçün araşdırdıq. Bu məlumatları aşağıdakı cədvəllərdə sizlərə təqdim edirik.
Bank / Kart | Maksimal məbləğ | Kartın müddəti | ATM nağdlaşdırma komissiyası | Güzəşt müddəti | İllik faiz dərəcəsi
(güzəşt müddətindən sonra) |
AFB – Kredit xətti | 5000 AZN (ə/h-nın 3 misli) | 12 ay | 1% | 40 günədək | 25% |
Turan Bank – Kredit xətti | 1000 AZN | 12 ay | 1% | 30 günədək | İlk 3 ay – 20%
Növbəti aylar – 26% |
RabitəBank – Kredit xətti | 3000 AZN | 12 ay | 1% | 30 günədək | 27% |
UniBank –“Albalı+ GOLD” | 5000 AZN | 60 ay | 1% | 40 günədək | 29% |
ExpressBank – “Expresso card” | 3000 AZN | 48 ay | 1% | 35 günədək | 28% |
Bank / Kart | Əmək haqqı tələbi | Zamin tələbi | Son iş yerində staj | Qiymət |
AFB – Kredit xətti | *DTİ əmsalı çərçivəsində | Mütləqdir | Minimum 6 ay | 10 AZN |
Turan Bank – Kredit xətti | *DTİ əmsalı çərçivəsində | Mütləqdir | Minimum 6 ay | 20 AZN |
RabitəBank – Kredit xətti | Min. 400 AZN | 1000 AZN-dən yuxarı | Minimum 6 ay | Kartın növündən asılı olaraq |
UniBank –“Albalı+ GOLD” | Min. 1000 AZN | Fərdi qaydada | Minimum 6 ay | Kart limitinin 1%-i, minimum 10 AZN |
ExpressBank – “Expresso card” | Min. 500 AZN | Fərdi qaydada | Minimum 6 ay | 5 AZN |
*DTİ əmsalı – Borcalanın aylıq borc yükünün tənzimlənməsi üçün Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən Banklar qarşısında qoyulmuş tələbi əks etdirən əmsaldır. Əmsalın tələbinə əsasən borcalanın öhdəlikləri xalis gəlirinin 50%dən (əgər xalis gəlir ölkə üzrə yaşayış minimumunun 3 mislindən azdırsa 40%-dən) çox ola bilməz.