5 C
Baku
Saturday, December 14, 2024

Bankların “HR” departamenti rəhbərlərinin görüşü keçirilib

4 aprel 2017-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının “Tədris strategiyaları və insan resurslarının idarə olunması üzrə” Ekspert Qrupunun iclas keçirilib.

İclasda “Əmək haqqı sorğusu” layihəsinin müzakirəsi mövzusunda və maliyyə savadlılığı üzrə  borclanmaya dair müştərilərə yönəlik ümumi məsləhətlər ətrafında müzakirələr aparılıb.

Bunlara da bax- DəmirBankRabitəbank-da yeni təyinatlar olub

Eyni zamanda, iştirakçılar insan resursları üzrə böhran dövründə qeyri-maddi motivasiya, daxili təlim və inkişaf sistemi, karyera planlaşdırılması sistemi ilə bağlı fikir mübadiləsi həyata keçiriblər.

Həmçinin iclasda xərclərin optimallaşdırılması səbəbindən ixtisar edilən işçilərin yeni işə düzəlməsində köməklik göstərəcək ümumi məlumat bazasının yaradılması imkanlarına baxılıb.

Əmək qanunvericiliyinə aid olan müəyyən məsələlərin müzakirə etməsinə imkan verən platformanın yaradılması da iclasın gündəliyində olan məsələlərə daxil idi.

Son xəbərlər
Digər xəbərlər