15 noyabr 2017-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasında (ABA) tədris strategiyaları və insan resurslarının idarə olunması üzrə Ekspert Qrupunun iclası keçirilib. İclasda Ekspert Qrupunun sədri Aynur Süleymanova və qupun digər üzvləri iştirak edib.
İclas zamanı ABA tərəfindən təşkil olunacaq HR konfransının formatı, HAY Group tərəfindən keçirilmiş əmək haqqı sorğusunun nəticələri müzakirə olunub.
Həmçinin iclasda 2017-ci ilin noyabr ayında Ekspert Qrupu ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) arasında görüşün təşkil olunması məqsədilə Nazirliyə müraciət edilməsi qərara alınıb.