Bankların komissyadan gəlirləri ilk rübdə 105 mln. manatı keçib

Azərbaycan bankları 2026-cı ilin ilk rübündə komissiyadan 105.1 mln. manat gəlir əldə ediblər.

Banker.az bunu Mərkəzi Banka istinadən xəbər verir.

Bu da illik müqayisədə komissiya gəlirlərinin 15% artımı deməkdir. Ötən ilin eyni dövründə komissiya gəlirləri  91.4 mln. manat olmuşdu.

Banklar bu müddət ərzində aktivlərini cəmi 6% artırmaqla  57,96 mlrd. manata, faiz gəlirlərini 18% artımla 1,34 mlrd. manata qaldırıblar.

Son xəbərlər
Digər xəbərlər