Azərbaycan banklarının kredit portfeli avqusta nisbətdə sentyabrda cüzi artsa da yanvardakı həcmdən az olub.
Banker.az bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının 2017-ci ilin sentyabr ayına olan icmal göstəricilərinə istinadən bildirir.
Məlumata görə, ötən ilin ilk ayında bankların müştərilərə verilən ümumi kredit portfeli 16 milyard 206 milyon manat olduğu halda, 9 ayın yekununda 11 milyard 966.9 milyon manata düşüb. Avqusta bu rəqəm 11 milyard 907.2 milyon manat idi.